İŞİD-in rəhbərləri qaçır

2017-03-29 15:21:32 / 1316 dəfə oxunub

Terrorçu İŞİD qruplaşmasının rəhbərləri Suriyanın Rakka şəhərindən qaçmağa başlayıb.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

İŞİD-in 80-ə yaxın fəalı ailə üzvləri ilə birlikdə qayıqla Fərat çayından keçərək qaçıblar.

Bu terrorçuların Rakkadan qaçışının ikinci dalğasıdır. Təxminən iki həftə əvvəl İŞİD-in 300-ə yaxın daha aşağı vəzifəli üzvləri şəhəri tərk edib.

Onların Suriyanın Dirəz-Zur əyalətinin Hama bölgəsinə qaçdıqları ehtimal edilib.

İŞİD liderlərinin Mosulda olan ailə üzvləri ilə yanaşı İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin də bu axına qoşulduğu ehtimal edilir.

Rakka şəhərini "paytaxt” elan edən terrorçuların təmizlənəcəyi ilə bağlı əməliyyatların başlayacağı haqda da xəbərlər yayılıb.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws