Ərindən boşanan rəqqasə Rəna: "Sonra fikirləşdim ki, niyə də getməyim?"

2017-03-29 15:36:36 / 4856 dəfə oxunub

Rəqqasə Rəna Ağamuradova həyat yoldaşından boşanmasından danışıb.

Sabahinfo.az big.az-a istinadən bildirir ki, APA TV-də yayımlanan "Show time" verilişində qonaq olan rəqqasə şəxsi həyatı barədə bu sözləri deyib:

"Şəxsi həyatım yaxşı olmadı. Hərdən çox pis oluram. Həyat yoldaşımdan ayrıldım, boşanandan 2-3 il sonra rəqqasəliyə gəldim. Rəqs etmək mənim uşaqlıq arzum olub. Təsəvvür edə bilməzdim ki, nə vaxtsa rəqqasə ola bilərəm. Bu sənətə gəlməmişdən qabaq evdə məşq edirdim. Sonra fikirləşdim ki, niyə də öz arzumun arxası ilə getməyim!?"

İki övlad anası olan rəqqasə bildirib ki, uşaqları atası ilə tez-tez görüşmür:

"Uşaqlarıma həm atalıq, həm də analıq edirəm. Keçmiş həyat yoldaşım Bakıda yaşamır. Bura gələndə övladları ilə görüşür".

"Renka" kimi tanınan R.Ağamuradova bildirib ki, yenidən ailə qurmayacaq:

"Ərə getmək barədə düşünmürəm. Övladlarıma görə bu addımı atmaram. Gözləyirəm ki, oğlum böyüsün, onu evləndirim".

Qeyd edək ki, rəqqasənin R.Ağamuradovanın iki övladı var. Oğlunun 10, qızının 8 yaşı var.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!