Poroşenko Azərbaycan səfirlyinin mühafizəsini gücləndirdi

2017-03-29 15:48:25 / 1229 dəfə oxunub

Polşanın Ukraynadakı Baş Konsulluğu atəşə tutulduqdan sonra ölkədə bütün səfirliklərin və konsulluqların mühafizəsi gücləndirilib.

AzVision.azxarici mətbuata istinadən xəbər verir ki, bu barədə prezident Petro Poroşenko müvafiq fərman imzalayıb.

Qeyd olunub ki, ölkədə fəaliyyət göstərən bütün səfirlik və konsulluqlardakı mühafizəçilərin sayı artırılıb.

Xatırdladaq ki, Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub. Hadisə ötən gecə Lutsk şəhərində baş verib. Ukrayna xarici işlər naziri Pavel Klimkin baş konsulluğun binasının atəşə tutulmasını təxribat adlandırıb. Polşa XİN hadisə ilə bağlı Ukrayna səfiri Andrey Deşitsanı nazirliyə çağırıb.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws