Bakı Şopinq Festivalı əməkdaşlığa dəvət edir

2017-03-30 18:53:06 / 3909 dəfə oxunub

Bakı Şopinq Festivalının təşkilatçısı Azərbaycan Konqreslər Bürosu Festivalda iştirak etməkdə maraqlı olan biznes qurumlarının nümayəndələrini martın 31-i saat 12:00-da JW Marriott Absheron Bakı otelinin Xocasən zalında baş tutacaq təqdimata dəvət edir.

Təqdimatın məqsədi özəl sektorun nümayəndələrini Bakı Şopinq Festivalı kimi əhəmiyyətli və uzunmüddətli layihədə iştirakın iqtisadi xeyirləri barədə məlumatlandırmaqdır.

Tədbir zamanı iştirakçılara Festivala qoşulmağın qayda və şərtləri haqda, həmçinin sahibkarlıq obyektlərin qeydiyyat prosesi barədə ətraflı məlumat veriləcək.

Otel restoran, mağaza və digər sahələr də daxil olmaqla pərakəndə satış və xidmət sahəsindən olan hər bir biznes qurumlarını tədbirdə iştirak edə bilər. Sahibkarlar, rəhbər işçilər, satış rəhbərləri və marketinq menecerlərin tədbirdə iştirakı arzu olunandır.

Tədbirdə iştirak etmək üçün (055) 241 41 08 və (055) 253 63 08 nömrələrinə və[email protected]email ünvanına müraciət edə bilərsiniz.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!