“Eurovision - 2017” müsabiqəsində ölkələrin çıxışetmə ardıcıllığı müəyyənləşib

2017-03-31 16:30:58 / 2923 dəfə oxunub

Bu ilin may ayında Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision - 2017”mahnı müsabiqəsinin yarımfinalı ilə bağlı püşkatma keçirilib.

Sabahinfo.az xəbər verir ki, yarışda Azərbaycanı "Skeletons”("Skeletlər”) mahnısı ilə təmsil edəcəkDiana Hacıyeva (DiHaj)ilk yarımfinalda 8-ci çıxış edəcək.

Ümumiyyətlə, mayın 9-da keçiriləcək ilk yarımfinalda bu ölkələrin nümayəndələri mahnılarını təqdim edəcəklər:

1. İsveç, 2. Gürcüstan, 3. Avstraliya, 4. Albaniya, 5. Belçika, 6. Monteneqro, 7. Finlandiya, 8. AZƏRBAYCAN, 9. Portuqaliya, 10. Yunanıstan, 11. Polşa, 12. Moldova, 13. İslandiya, 14. Çexiya, 15. Kipr, 16. Ermənistan, 17. Sloveniya, 18. Latviya.

Mayın 11-də baş tutacaq ikinci yarımfinalda isə iştirakçı ölkələr bu qaydada səhnəyə çıxacaq:

1. Serbiya, 2. Avstriya, 3. Rusiya, 4. Makedoniya, 5. Malta, 6. Rumıniya, 7. Hollandiya, 8. Macarıstan, 9. Danimarka, 10. İrlandiya, 11. San-Marino, 12. Xorvatiya, 13. Norveç, 14. İsveçrə, 15. Belarus, 16. Bolqarıstan, 17. Litva, 18. Estoniya, 19. İsrail.

Müsabiqənin qaydalarına görə, qalib ölkə, eləcə də müsabiqənin yaradıcı üzvləri birbaşa finala vəsiqə qazanır.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!