Bir ildən çoxdur dönərxana və kolbasa sexlərində yoxlama aparılmır - RƏSMİ

2017-03-31 16:44:01 / 1235 dəfə oxunub
Son günlər mətbuatda tez-tez tonlarla ölmüş heyvan cəmdəklərinin, xəstə mal və at ətinin paytaxta gətirilərkən saxlanması haqqında məlumatlar yayılır.

Lakin bu ətlərin haraya aparıldığı və kimlər tərəfindən sifariş verildiyi haqqında məlumat verilmədiyi kimi, ciddi araşdırma da aparılmır.

Bəzi iddialara görə, adətən belə ətlər gizli yollarla kolbasa sexlərinə və dönərxanalara verilir.

Mənşəyi bilinməyən ətlərin insan orqanizminə nə dərəcədə zərərli olduğu isə hamıya bəllidir.

Bəs dönərxana və kolbasa sexlərində ətin keyfiyyəti ilə bağlı reydlər aparılırmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov modern.az-a açıqlama verib.
Şöbə müdiri dönərxana və kolbasa sexlərində heç bir yoxlamanın aparılmadığını bildirib.
"Biz 2015-ci ilin noyabrından heç bir kolbasa sexində və dönərxanalarda yoxlamalar aparmırıq. Ona görə də bu barədə heç nə deyə bilmərəm".

Rəsmi qurum təmsilçisinin bu açıqlaması narahatlığa ciddi əsas verir: deməli son vaxtlar müsadirə olunan at-eşşək ətləri elə bu ünvanlara gedir... Elə itmiş eşşəklərlə bağlı izlər də bu obyektlərə aparır desək, yanılmarıq...

modern.az


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws