Paytaxtda satılan "ölüm kolbasaları"

2017-03-31 17:15:42 / 1066 dəfə oxunub

Bakıda insanları şoka sala bilcək qədər ucuz qiymətə kolbasalar satılır.

Sabahinfo.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc jurnalistŞahin Sərdarlıməlumat yazıb. O bildirib ki, "Koroğlu" metro stansiyası yaxınlığında kiloqramı 2,50 AZN-ə kolbasalar satılır. Deyilənlərə görə, həmin məhsullar ya Rusiyadan gətirilir, yaxud da, hansısa sexlərdə istehsal olunur.

Mütəxəssislər də belə məhsulların insan üçün ölüm mənbəyi olduğunu düşünürlər. Azad İstehlakçılar Birliyinin (AİB) sədriEyyub Hüseynovölkə.az-a açıqlamasında bildirib ki, belə məhsullardan istifadə edən insanlar sağalmaz xəstəliklərə düçar ola bilərlər.

"Kolbasaların qiyməti onun keyfiyyətindən xəbər verir. İlk baxışdan həmin məhsullarda normal ətin olmadığı aydın görünür. Yer üzündə soya ət var. Əti əvəz edən çoxlu komponentlər var. Belə məhsullar arzuolunmaz ətlərdən, yaxud ət əvəzedicilərindən hazırlanır. Belə məhsullar insan həyatı üçün çox zərərlidir. İnsanın genefondunu dağıdır, onları iflic edir", - Eyyub Hüseynov bildirib.

Rəsmilər də belə məhsulların satılmasının qadağan olduğunu deyirlər. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəriƏliabbas Bağırovsayta açıqlamasında bildirib ki, həmin məhsulların küçədə açıq şəraitdə satışı qəti qadağandır.

"Siz deyilən əraziləri sabah müəyyən edəcəyik. Həmin ərazilərdə mütləq yoxlamalar aparılacaq. Belə hal aşkarlanarsa, həmin şəxslər qanunla mütləq cəzalandırılacaq. Bizim tərəfdən mütəmadi reydlər davam etdirilir. Belə reydlər intensiv hal alıb. Kənd təsərrüfatı məhsullarının şəhərə axını çoxalıb. Kartof, soğan, digər bostan məhsullar satışını həyata keçirənlər olur. Bəzən xiyar və pomidor satanlara rast gəlinir", - qurum rəsmisi bildirib.

Ə.Bağırov deyir ki, vətəndaşlar da belə məhsulları almaqdan qorxmalıdırlar:

"Ərzaq məhsulları, xüsusən ət məhsulları, süd, qatıq, kolbasaları satmaq qəti olmaz. Çünki bunlar tez xarab olan məhsullardır. Belə məhsullar mütləq ciddi yoxlanışdan keçəndən sonra satışa buraxılmalıdır. Belə məhsulları alanlar da həyatlarını təhlükə qarşısında qoyurlar. İnsanlara belə məhsulları almasınlar. Bu xəstəlik mənbəyidir".




Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws