Neftimiz bahalaşdı

2017-03-31 12:21:46 / 2522 dəfə oxunub

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 30-da 53,87 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,84 dollar/barel çoxdur.

Sabahinfo.az xəbər verir ki, bu barədəTrend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 30-da 53,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 30-da 49,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 30-da 52,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.


Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!