"The Game" komediyası "CinemaPlus"da - FOTOLAR - VİDEO

2017-04-01 14:41:20 / 4138 dəfə oxunub

"CinemaPlus" kinoteatrında "The Game" komediya filminin təqdimatı keçirilib.

Adalet.azxəbər verir ki, "Gənclik Mall" Ticarət mərkəzində yerləşən və premium sinfindən olan "CinemaPlus" kinoteatrında "The Game" macəra komediya filminin təqdimatı keçirilib.

Premyera nümayişinə şou-biznes ulduzları, məşhur aktyorlar, rejissorlar, televiziya aparıcıları, media-şəxslər, çoxlu sayda KİV nümayəndələri gəlmişdir. Onlar arasında - xalq artistləri, teatr və kino aktyorları və başqaları yer almışdır.

"The Game" komediyası "CinemaPlus"da - FOTOlar

Premyerada "The Game" filminin aktyorları, KİV nümayəndələri ilə çəkiliş prosesinin təəssüratı ilə bölüşmüşdülər, təkcə filmin özündə deyil, həm də səhnəarxası proseslərdə bol olan komik hadisələrdən danışmışdılar. Qeyd edək ki, komediyaya azərbaycanlı aktyorlar ilə yanaşı türk kinoulduzları da cəlb olunmuşdur.

Bakıda premyerada iştirak edən, azərbaycanlı tamaşaçılara "Kurtlar Vadisi" serialından yaxşı tanış olan Eray Türk qeyd etmişdir ki, azərbaycanlı kinematoqrafçılar ilə əməkdaşlıq etməyə şaddır. Aktyor bildirmişdir ki, Azərbaycana səfəri zamanı Bakı, Şəki və Qəbələdə olmuşdur.

"The Game" komediyası "CinemaPlus"da - FOTOlar

Qonaqlar kinoteatrın tamaşaçı zalında öz yerlərini tutandan sonra, səhnəyə filmin çəkiliş qrupunun nümayəndələri dəvət olunmuşdular. Tədbirdə çıxış edən kinokomediyanın rejissoru Orxan Bayramov bütün bədii kollektivə minnətdarlığını bildirmişdir.

Filmdə Serkan Gənc, Ayşən Batiqun, Eray Türk, Vüsal Hacı Qadır, Gülşən Hüseynli, Yaroslav Trifonov, Bəhruz Vaqifoğlu, Pərviz Məmmədrzayev, Elşən Rüstəmov, Abdulqani Əliyev, Pərvin Abıyeva, Şirzad Pirallahı və başqaları çəkilmişdirlər.

"The Game" komediyası "CinemaPlus"da - FOTOlar

Rus mafiyozu Yurinin adamı Nikolay xəyanət edərək məşhur "Şərqin ürəyi"adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduqunu tapmaq üçün İstanbulda yaşayan Azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi" adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır. Bu məlumatı aldıqdan sonra türklər Şəkiyə yollanırlar. Türklərin ardınca Şəkiyə rus mafiyozu Yurinin adamları və Azərbaycanlı mafiyoz Rüstəm öz adamları ilə bərabər gəlir. Və bütün hadisələr bu məşhur "Şərqin ürəyi" adlı almazın axtarışı ətrafında cərəyan edir.

"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!