İnsan genlərində yadplanetlilərin izi tapıldı

2017-04-03 10:20:24 / 6255 dəfə oxunub

İndiyə qədər Misir piramidaları başda olmaqla bir çox tikilinin yadplanetlilər tərəfindən inşa olunmasıyla bağlı hipotezlər var.

Alimlər yadplanetlilərin dünyada yaşayışı yaradan canlılar olduqlarını və həyatın sirrinin 37 rəqəmində olduğu iddia edib.

Çalışmalar zamanı mütəxəssislər on nümunədən doqquzunu formalaşdırıblar və genetik kodda bir neçə dəfə eyni dəyərin ortaya çıxma ehtimalının 10 trilyonda bir kimi heyrətamiz paya malik olduğunu hesab edirlər. Kodun təsadüfi olmayan bir quruluşa sahib olduğu üzə çıxıb. "Qeyri-adi başqa" elmi nəzəriyyəyə görə, həyatın mənşəyi "37 sayı" ətrafında fırlana bilər. Sözügedən nəzəriyyə genetik kodumuzun kainatın başqa yerlərindən gələn ağıllı varlıqlar tərəfindən yaradıldığını irəli sürüb.

Bununla yanaşı, bir qrup alim, yer üzündəki həyatın dünyadan kənar zəkanın nəticəsi olduğunu sübut edən qədim bir kodu tapdıqlarına inanırlar. Qazaxıstan, Almatı Fesenkov Astrofizika İnstitutunun tədqiqatçısı Maksim Makukov genetik materialında kodlanan bir "ağıllı kodlanmış siqnal" tapdığını iddia edib.

Bu nəzəriyyə həmkarları tərəfindən qəbul edilməkdən çox uzaq olsa da, psixoloq-riyaziyyatçı Vladimir Şerbak genetik kodumuzda gizlədilmiş bir mesajın, ya da bir imzanın olduğuna dair aydın sübutlar ortaya qoyula biləcəyinə inanır. Makukov və Şerbak tərəfindən təklif olunan nəzəriyyə Panspermia (həyatın başqa planetlərdən gəlməsi) prinsipinə əsaslanır. Nəzəriyyəyə görə, bir mikroorqanizm okeana düşə və yeni növlərin yaranmasına səbəb ola bilər. Bununla yanaşı, Qazaxıstandakı alimlər bu nəzəriyyəni daha da inkişaf etdirdi və dünya üzərindəki həyatı "Yönəldilmiş vəziyyət" kimi səciyyələndirdi. Bu, dünya üzərindəki həyatın bir varlıq və ya başqa bir şey tərəfindən şüurlu olaraq inkişaf etdirildiyi mənasına gəlir.

Kulit.az
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!