Peterburqdakı terrorda 10 nəfər ölüb, 20 nəfər yaralanıb - Rəsmi -Yenilənib - Video

2017-04-03 18:34:57 / 2844 dəfə oxunub

Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölən və yaralıların sayı açıqlanıb.

AzVision.azxəbər verir ki, Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko bildirib ki, metroda partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Eyni zamanda Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburqun "Ploşşad Voostaniya" metro stansiyasında partlayıcı qurğunun tapıldığını təsdiqləyib. Partlayıcı qurğu MAK əməkdaşları tərəfindən zərərsizləşdirilib.



**

Rusiyanın Sankt – Peterburq şəhərində metroda törədilən partlayışlar nəticəsində 10 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Partlayışın terror aktı olduğu istisna olunmur.

Partlayışlar "Sennaya meydanı" və "Texnologiya İnstitutu" stansiyalarında baş verib. Hazırda insanlar stansiyalardan təxliyə edilir, stansiyalarda tüstülənmə müşahidə olunur.

Bütün xətt üzrə qatarların hərəkəti dayandırılıb. Hər iki stansiyada sərnişinlər təxliyə olunur. Hadisə yerində təhqiqat qrupu fəaliyyət göstərir. Cinayət işi açılıb. Partlayışın terror aktı olduğu bildirilir.

Hazırda metropolitenin mavi xəttində 7 stansiya bağlanıb.Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı məlumatlandırılıb.

**
***
(16:07)

Rusiyanın Sankt-Peterburq şəhərində metro vaqonunda partlayış baş verib.

AzVision.az"Life.ru" portalına istinadən xəbər verir ki, partlayış "Sennaya Ploşad" stansiyasında meydana gəlib.

Hadisə şahidlərin sözlərinə görə, xəsarət alanlar var. Əhalinin təxliyyəsi prosesi başlayıb.






Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws