“İcra və FHN əməkdaşları gizlicə evimə girib” - Veterandan I xanıma müraciət

2017-04-04 17:13:41 / 5391 dəfə oxunub

Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevlə bağlı birinci vitse-prezident Mehriban Əliyevaya şikayət edilib.


Bu barədəBakiPost.az-a icra başçısından şikayətçi olan Yavər Fərzəliyev özü məlumat verib. Bildirib ki, icra başçısı onun "Sovetski”dəki evinin sökülməsi ilə bağlı müsbət qərar çıxarılması üçün məhkəməyə təzyiq göstərir.


Belə ki, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvü, 20 Yanvar zərərçəkəni Yavər Fərzəliyev Bəşir Səfəroğlu küçəsi ev 32, mənzil 12-də yerləşən mənzilinə verilən məbləğlə razılaşmadığı üçün evdən çıxmaq istəmir. Bu səbəbdən iş məhkəməyə kimi uzanıb.

Hazırda Yasamal Rayon İcra Hakimiyyəti ilə I saylı İnzibati İqtisadi Məhkəmədə prosess getdiyini bildirən Y. Fərzəliyevin sözlərinə görə, icra hakimiyyəti mənzilin dövlət ehtiyacları üçün sökülməsini iddia etsə də, bunu sübut edəcək sənədləri məhkəməyə təqdim etməyib:"Bu gün davam edən prosessdə icra hakimiyyətinin Eynulla adlı nümayəndəsi məhkəməyə təzyiq edərək "bu ev təcili sökülməlidir” dedi. Mən isə bildirdim ki, məhkəmə prosessi hələ başa çatmayıb siz mənim şəxsi mülkiyyətimi necə sökə bilərsiniz? Evimin fotolarını da sizə təqdim edirəm. Baxın, mənim mənzilimin yol infrasturukturuna hansısa adiyyəti varmı? Artıq orada yol çəkilib və mənim evimlə heç bir əlaqəsi yoxdur”.



Zərərçəkən iddia edir ki, Yasaman rayon İH ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əlbir olub və gizlicə onun evinə daxil olublar:"Onlar naməlum üsullarla xəlvət şəkildə mənim mənzilimin içinin şəkillərini çəkərək akt tərtib ediblər. Mən həmin şəxslərin evimə nə vaxt girdiyini bilmirəm. Bu şəkilləri hansı şəraitdə çəkdiklərindən xəbərim yoxdur. İcra hakimiyyəti və FHN-nin əməkdaşları mənim mənzil toxunulmazlıq hüququmu pozaraq şəxsi həyatıma müdaxilə etməklə mənim iradəmə zidd olaraq mənzilimin içərisini xəlbət çəkiblər”.



O, bunlarla əlaqədar olaraq birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.


Qeyd edək ki,BakiPost.azbu məsələ ilə bağlı bir müddət əvvəl yazı dərc etmişdi. Yazıda veteranın çətin durumda olduğu bildirilirdi. Həmin yazını aşağıdakı linkdən oxuya bilərsiniz:

"İcra başçısı neçə adamı bədbəxt elədi...” - "Sovetski”də evi dağıdılan veteran
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!