TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir

2017-04-04 17:40:13 / 3096 dəfə oxunub

İraqın şimalındakı Kərkük vilayəti Kürdüstan Muxtariyyətinin tərkibinə qatıla bilər.

Sabahinfo.az lent.az-a istinadən xəbər verir ki, bu gün vilayət şurasında məsələ ilə bağlı iclas keçirilib. Şuranın türkmən və ərəb üzvlərinin boykot etdiyi iclas kürd nümayəndələrin planlaşdırdığı kimi keçib və Kərkük şəhərinin Kürdüstan muxtariyyətinin tərkibinə verilməsi barədə qərar qəbul edilib. Bu qərar vilayət ərazisində keçiriləcək referendumun nəticəsindən asılı olaraq qüvvəyə minəcək.

Qeyd edək ki, Kərkük Vilayət Şurasının sədri kürd əsilli Rebvar Tələbanidir. O, burada baş verənlərlə bağlı İraq hökumətini məlumatlandırdıqlarını deyib.

Onu da qeyd edək ki, Kərkük Vilayət Şurasının 41 üzvü var. Onlardan 26-sı kürd, 9-u türkmən, 6-sı isə ərəbdir. Keçən həftə kürdlərin iştirakı ilə keçirilən şura məclisində Kərkükdə İraq bayrağı ilə yanaşı Kürdüstan muxtariyyətinin bayrağının eyni hündürlükdə asılması barədə qərar qəbul edilmişdi. Maraqlıdır ki, İraq hökuməti şuranın bu qərarını təsdiqləmişdi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!