Azərbaycanda 32 televiziya kanalı fəaliyyət göstərir

2017-04-05 15:19:09 / 1801 dəfə oxunub
"Azərbaycanda 17-si kabel, 15-i IP televiziya kanalı olmaqla, 32 televiziya kanalı fəaliyyət göstərir”.

Bunu Milli Televiziya və Radio Yayımları Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında "Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

O qeyd edib ki, 2002-ci ildə teleradio ilə bağlı qanun qəbul olunduqda kabel şəbəkəsi o qədər də inkişaf etməmişdi: "Zamanla bu sahədə böyük dəyişikliklər baş verdi, bu da yeni qanuna ehtiyac yaratdı . Bu gün nəinki Bakı və Sumqayıtda, Gəncədə, Mingəçevir də bu şəbəkə ilə əhatə olunub. Əvvəllər bu xidmətdən istifadə edən insanlar 40-50 xarici kanala baxırdılarsa, hazırda 100-dən çox kanala baxa bilirlər. Son 1 ildə 15 hüququ şəxs bu yayımla məşğul olmaq üçün Şuraya müraciət edərək lisenziya alıb. Kabel şəbəkəsi yayımı çox böyük əhəmiyyət kəsb edir. Yeni qanunda dövlət maraqlarının qorunması məsələsi ciddi şəkildə önə çıxır. Bu məsələlər bir-birinə bağlı olan məsələdir”.
MTRŞ sədri deyib ki, xarici ölkə kanallarının Azərbaycanda yayımlanması yerli televiziyaların reklam bazarına ciddi zərbədir: "Bu baxımdan xarici kanalların reklamları məhdudlaşdırılır. Bundan əlavə, xarici kanalların kabel şəbəkəsində yayımı ilə bağlı qeydiyyatdan keçmə məsələsi də var ki, yeni qanun layihəsində bu məsələlərə yer ayrılıb”.

Azvision.az


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws