Azərbaycanda kabel şəbəkəsi yayımı qanunla tənzimlənəcək

2017-04-05 15:22:31 / 4648 dəfə oxunub

Azərbaycanda kabel şəbəkəsi yayımının qanunla tənzimlənməsi nəzərdə tutulur.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfayel Hüseynov komitənin bu gün keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Bu gün Azərbaycanda 17 kabel şəbəkəsinin fəaliyyət göstərdiyini deyən R.Hüseynovun sözlərinə görə, bu sahədə sui-istifadə halları var: "Bu da məsələnin tənzimlənməsini zəruri edir. Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb".

Hazırkı dövrdə "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin hazırlanmasını zəruri sayan R.Hüseynov qeyd edib ki, layihə ekspert baxışından keçib. Layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələlərə cavab verir: "Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsinin 1-ci, ondan istifadə edənlərin marağının təmin edilməsi 2-ci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb. Layihədə xarici reklam hüdudları da müəyyənləşdirilib”.


Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!