Bakı sakinləri pəhriz saxlayırmı?

2017-04-06 17:16:48 / 1239 dəfə oxunub

"ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində paytaxt əhalisinin pəhriz saxlaması ilə bağlı sorğu keçirib.

Rəyi soruşulmuş sakinlərin dörddə biri (28 %) son 2 ildə bir neçə dəfə pəhriz saxladığını bildirib. Pəhriz saxlayanlar əsasən sağlamlıq (50 %) və gözəllik (44 %) xatirinə nəfsini boğmaq məcburiyyətində qalıb. 6 % respondent isə idman formasında qalmaq üçün pəhriz tutduğunu qeyd edib.

"Pəhriz tutarkən hansı qidalardan imtina edirsiniz ?” sualına əsasən yağlı (61 %), şirin (56 %) və un məmulatları (46 %) cavabları verilib.

Bəs paytaxt sakinləri özlərinə uyğun pəhrizi necə seçirlər?

Sorğu nəticəsində məlum olub ki, pəhriz saxlayanların yarıdan çoxu (59 %) hansı pəhrizi tutacağına özü qərar verir. 34 % üçün isə həkim məsləhəti bu məsələdə daha önəmlidir. Pəhriz saxlayanların hər on nəfərindən biri (11 %) dost-tanış məsləhəti və təcrübəsini əsas götürür.

Pəhriz heç də hər kəsə eyni cür təsir etməyib. Pəhriz tutanların tam yarısı tutduğu pəhrizin yaxşı təsirini çox gördüyü (59 %) halda, 45 % pəhrizin effektini az hallarda hiss etdiyini bildirib. 6 % respondent pəhrizin çəkisinə heç bir təsir göstərmədiyini bildirib.

Qeyd edək ki, sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws