Azərbaycan Prezidentinin qızı öz oğlu ilə "Cinema Plus"da olub

2017-04-06 17:56:12 / 1682 dəfə oxunub

Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva bu gün öz oğlu ilə birlikdə "Cinema Plus Amburan Mall" kinoteatrlar şəbəkəsini ziyarət edib.

Bu barədə "Report"a "Cinema Plus"dan məlumat verillib.

Qonaqlar "The Boss baby" animasiya filmini izləyiblər və filmdən zövq alıblar.

Qeyd edək ki, "Cinema Plus Amburan Mall" Bilgəh qəsəbəsində, "Amburan Mall" ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir. Kinoteatrda üç zal və beynəlxalq standartlara cavab verən 164 oturacaq var. Zallar İspaniya istehsalı olan yüksək keyfiyyətli və rahat kreslolarla təchiz edilib.

Bundan başqa, "Cinema Plus Amburan Mall"da Master Image 3D texnologiyasından istifadə edilir.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws