Putin təcili iclas çağırdı - Gərgin Suriya müzakirəsi

2017-04-07 16:03:47 / 4393 dəfə oxunub
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

İclasın çağırılmasına səbəb ABŞ-ın Homs vilayətindəki Şayrat aviabazasına raket zərbələri endirməsi olub.

Məlumata əsasən Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Suriyadakı vəziyyəti müzakirə edib.

Faktı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. İclasın detalları dəqiq açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş "Ross” və "Porter” esmineslərindən Suriyanın "Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib.

azvision.az
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!