"Real"ın Qrizmann planı

2017-04-08 17:49:52 / 2885 dəfə oxunub

"Atletiko"nun futbolçusuAntuan QrizmannMadridin digər təmsilçisi "Real"ın gündəmindən düşmək bilmir.

Sabahinfo.az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" Fransa yığmasının üzvünü heyətinə qatmaq arzusundadı.

Bununla belə, "Real" rəhbərliyi tələsmək istəmir. Çempionlar Liqasının son qalibi Qrizmannı 2018-ci ilin yayında transfer etməyi planlaşdırır.

Futbolçunun agenti "Real"la yanaşı, "Mançester Siti", "Çelsi" və "Barselona" klublarından təklif gəldiyini bildirib. Qrizmann özü isə bir müddət əvvəl açıqlamasında "Real"a keçmək fikrində olmadığını qeyd etmişdi. 26 yaşlı oyunçu bunu "qalaktikos"un Kriştianu Ronaldo, Qaret Beyl və Kərim Benzema kimi güclü futbolçulara sahib olması ilə əlaqələndirmişdi.

Qeyd edək ki, 2014-cü ildən "Atletiko"nun formasını geyinən Qrizmannın klubla müqaviləsinin müddəti 2021-ci ilin yayına kimidi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!