Trampın oğlu Madonna və Rihannanı ölkədən qovmaq istəyir

2017-04-10 11:43:45 / 3346 dəfə oxunub

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp şou-biznes ulduzlarına Respublikaçı namizədin (atasını nəzərdə tutur-red) seçkilərdə qalib gələcəyi təqdirdə ölkəni tərk edəcəklərinə dair verdikləri sözləri xatırladıb.

Bu barədə oğul Donald Tramp "Twitter” sosial şəbəkəsində bloqqerlərdən birinin sualını cavablandırarkən deyib:

"Solçuları dəstəkləyən fransız məşhurlar əgər Le Pen ("Milli Cəbhənin” lideri) qalib gəlsə, yaşamaq üçün Kanadaya köçəcəklərini deyib. Görəsən, mən bunu harada eşidə bilərdim?”, - deyə bloqqer yazıb.

Tramp buna cavab verib: "Mən özüm də hələ məşhurların bunu edəcəklərinə dair verdikləri sözləri yerinə yetirmələrini gözləyirəm”.

Qeyd edək ki, daha əvvəl onlarla ABŞ şou-biznes nümayəndəsi Trampın prezident seçiləcəyi təqdirdə ölkəni tərk edəcəyini bildirmişdi.

Xatırladaq ki, Ledi Qaqa, Rihanna, Madonna kimi dünya məşhurları seçki ərəfəsində Donald Trampa qarşı çıxmışdılar. Bu səbəbdən prezidentin oğlu onların ABŞ-dan getməsini istəyir.

azvision.az
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!