Rusiya “Eurovision-2018”də iştirak etməyə bilər

2017-04-15 11:47:24 / 4345 dəfə oxunub

Avropa Yayım İttifaqı Rusiyanın "Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.

Bu barədə Avropa Yayım İttifaqından bildirilib.

Qurumdan, həmçinin deyilib ki, "Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: "Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”.

Xatırladaq ki, Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın "Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb. Buna səbəb kimi Rusiyanın "Birinci kanal”ının "Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağı ilə bağlı bəyanatı göstərilib.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!