UEFA "Lion" və "Beşiktaş"ı cəzalandıra bilər

2017-04-15 12:20:44 / 3036 dəfə oxunub

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Lion” – "Beşiktaş” oyununda iki klubun azarkeşləri arasında baş verən dava ilə bağlı araşdırma aparılır.

Sabahinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Lion” klubuna azarkeşlərin meydana yad cisimlər atdıqları, meydana girdikləri və məşəl yandırdıqları, "Beşiktaş"a isə azarkeşlərin meydana yad cisimlər atdıqları və məşəl yandırdıqları səbəbiylə intizam işi açılıb.

Bundan başqa klublar arasında İstanbulda baş tutacaq cavab qarşılaşması tərəfdarsız keçirilə bilər. Buna səbəb "Lion” klubunun cavab qarşılaşmasının azarkeşlərsiz keçirilməsi ilə UEFA-ya müraciət etməsidir. UEFA müraciəti müsbət cavablandırsa, matç azarkeşsiz keçiriləcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!