Azərbaycanda milli brend altında smartfonların yığılmasına başlanılacaq

2017-04-17 10:16:44 / 1671 dəfə oxunub
Azərbaycanda "Made in Azerbaijan" brendi altında smartfonların yığılmasına başlanılacaq. Bunu Trend-ə CRM Group şirkətinin baş direktoru Ramin Süleymanov bildirib.

Onun sözlərinə görə, yerli yığımlı ilk smartfon iyun ayında ictimaiyyətə təqdim olunacaq.

Süleymanov deyib: "Payızda bizə ayrılan istehsal sahələri bu qurğuların konveyer yığılmasının işə salınması üçün hazır olacaq. Biz ümumilikdə 10-ə yaxın müxtəlif növ IT-məhsulun, o cümlədən planşet kompyuter, noutbuk, printer və s., yığılmasını həyata keçirilməsi üçün patent hüququ əldə etmişik. Azərbaycanda yığılan məhsullar regional bazarlara ixrac ediləcək".

CRM Group-un baş direktorunun sözlərinə görə, kompüter və periferik avadanlıqların yığılmasının başlanılması şirkətin 2018-ci il üçün prioritet planlarına daxildir.

"Yüksək texnologiyalı avadanlıqların yığılması, ölkədə həyata keçirilən ilk genişmiqyaslı layihədir. Biz bunu böyük addım və ölkə iqtisadiyyatına investisiya hesab edirik. Qonşu Türkiyədə, məsələn, Casper brendi altında noutbukların yığılması həyata keçirilir. Biz Azərbaycanda bu təcrübəni mənimsəmək və onu reallaşdırmaq niyyətindəyik", - Süleymanov deyib.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws