Xalq artistinin 70 illiyi qeyd olunacaq

2017-04-17 16:14:55 / 3510 dəfə oxunub

Mayın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış tarzən, xalq artisti, "Şöhrət” ordenli Ramiz Quliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş "Səslən tarım” adlı tədbir keçiriləcək.

Sabahinfo.az-ın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.

Konsertdə yubilyarın özü ilə yanaşı, respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!