Nazir qeyri-neft ixracının həcmindən narazıdır

2017-04-18 12:26:50 / 2814 dəfə oxunub
"Qeyri-neft ixracının 45%-i MDB dövlətləri və Gürcüstanın, 26%-i Türkiyənin, 12%-i Avropa İttifaqı ölkələrinin, 4%-i Çinin, 13%-i isə digər ölkələrin payına düşüb”.

Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziriŞahin Mustafayevqeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

"Bununla belə, etiraf etmək lazımdır ki, müsbət meyillərə baxmayaraq, iqtisadi potensialımız nəzərə alındıqda, qeyri-neft ixracının həcmi arzuolunan səviyyədə deyil”.

Onun sözlərinə görə, təhlillər göstərir ki, bəzi kimya məhsulları, qara metal və alüminium, elektrik avadanlıqları, mebel, şərab, şirələr, meyvə-tərəvəz, pambıq, tütün, fındıq, barama, xalça və bir sıra digər məhsullar üzrə ixracın genişləndirilməsi üçün xüsusilə böyük imkanlar mövcuddur.

Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!