Rusiya gəmisi Qara dənizdə qəzaya uğrayıb: Ölənlər var – YENİLƏNİB

2017-04-19 15:22:37 / 3098 dəfə oxunub
"Qeroi Arsenala” gəmisinin qəzaya uğraması nəticəsində ölən üç dənizçinin cəsədi Kerçen körfəzində aşkar edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə RİA Novosti-yə regionun xüsusi xidmətlərdə olan mənbə bildirib.

"Xilasetmə gəmisinin göyərtəsinə ölən iki dənizçinin cəsədi çıxarılıb, gəmi yaxınlığında daha bir cəsəd aşkar edilib”, - agentliyin həmsöhbəti bildirib.

Hadisə yerində 139 xilasedici işləyir. Axtarışlara hava şəriti, yüksək dalğalar və güclü külək mane olur.

***

Rusiyanın "Qeroi Arsenala” gəmisi Qara dənizdə qəzaya uğrayıb. Bir nəfər xilas edilib, başqa xilas olanlar haqqında məlumat yoxdur.

Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə FHN-in Krasnodar vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Qəza bölgəsində yalnız bir nəfər xilas edilib, o, xilasedici gəminin göyərtəsindədir. 12 nəfərlik heyətin digər üzvlərini aşkar etmək mümkün olmayıb”, - agentliyin həmsöhbəti deyib.

Xilasedicilər dörd dənizçi aşkar ediblər, amma hələlik onlara yaxınlaşa bilmirlər. Onların xilasedici jiletlərdə olduğu bildirilib. Dənizçilərin axtarışına qasırğa mane olur.

Gəminin göyətrəsində doqquz Ukrayna, iki Rusiya və bir Gürcüstan vətəndaşının olduğu bildirilib

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!