Azərbaycanın ən yaşlı bəy və gəlinləri - Onların sayı açıqlandı

2017-04-19 17:31:44 / 1049 dəfə oxunub

Azərbaycanda 50 yaşdan sonra nikaha daxil olan vətəndaşların sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində yaşı 50-ni keçən 1700 kişi, 779 qadın rəsmi nikaha daxil olub.

Ümumilikdə isə bu yaş həddində evlənənlərin sayı ötən il 2479 olub.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, 70 yaşdan yuxarı 38 nikah, 80 yaşdan yuxarı 11 nikah qeydə alınıb.

Məlumata görə, ötən ilin ilk dörd ayında qadınlar arasında 60 yaşdan yuxarı 21, 70 yaşdan yuxarı isə 5 nikah qeydə alınıb, - deyə Ədliyyə Nazirliyinin rəsmisi bildirib.

Qeyd edək ki, 2015-ci ilin statistikasına əsasən, Azərbaycanda nikaha daxil olan ən yaşlı kişinin 81 (Qubadlı rayonu), ən yaşlı qadının isə 68 yaşı (Siyəzən rayonu) olub.

azvision.az


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws