Azərbaycanlıların Həccə xərclədiyi FANTASTİK MƏBLƏĞ

2017-04-19 17:39:45 / 5448 dəfə oxunub

Xəbər verdiyimiz kimi, bu il Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub. Bu il ziyarət üçün vahid qiymət 3850 dollar müəyyənləşdirilib.

Sabahinfo.az xəbər verir ki,qafqazinfobu məqamda 600 nəfərin Həcc ziyarətinə ümumilikdə ödədiyi məbləği araşdırıb. Bu günün məzənnəsinə uyğun olaraq, 1nəfərin Həcc ziyarəti xərci 6553 manatdır. 600 nəfər üçün isə bu rəqəm birlikdə 3 milyon 931 min manat vəsait təşkil edir.

Bu arada qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətindən əldə etdiyi gəlirlərin miqdarını ictimaiyyətə açıqlamır. Bu səbəbdən 4 milyona yaxın vəsaitin neçə faizinin QMİ-nin gəlirləri hesab olunduğunu müəyyən etmək mümkün deyil.

Bu arada bildirək ki, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər üçün əlavə ödəniş nəzərdə tutulmayıb.

QMİ-nin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev "Qafqazinfo"ya bildirib ki, kvota tam dolsa da, əlavə getmək istəyənlər ehtiyat kimi yığılır: "Bu məsələyə may ayında baxılacaq. Əgər Səudiyyə Ərəbistanı kvotadan artıq şəxslərin ziyarətə getməsinə şərait yaradarsa, bu, reallaşa bilər".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!