"Real" və "Atletiko" yarımfinalda

2017-04-19 11:58:42 / 2268 dəfə oxunub
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

"Real” öz meydanında "Bavariya”nı sınağa çəkib. 90 dəqiqənin sonunda sevinən tərəfə "Bavariya" olub - 2:1. Ümumi nəticə bərabərləşdiyindən, qalib əlavə vaxtda aşkarlanıb. Münhen klubunun azlıqda qalmasından maksimum yararlanan "Kral klubu" 4:2-lik qələbə qazanmaqla yarımfinala adlayıb.

Madridin digər təmsilçisi"Atletiko” isə səfərdə "Lester”lə üz-üzə gəlib. İngiltərə çempionu səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, 90 dəqiqənin sonunda qalib aşkarlanmayıb - 1:1.


Çempionlar Liqası

1/4 final, cavab oyunları

18 aprel

"Real” (İspaniya) -"Bavariya” (Almaniya)- 4:2
Qollar:Levandovski, 53-pen (0:1), Ronaldo, 76 (1:1), Ramos, 78-avtoqol (1:2), Ronaldo, 105 (2:2); 109 (3:2), Asensio, 112 (4:2)
Qırmızı vərəqə:Vidal, 84 ("Bavariya")
İlk oyun- 2:1

"Lester” (İngiltərə)- "Atletiko” (İspaniya) - 1:1
Qollar:Nigez, 26 (0:1), Vardi, 61 (1:1)
İlk oyun- 0:1

19 aprel

22:45. "Barselona” (İspaniya) - "Yuventus” (İtaliya)
İlk oyun - 0:3

22:45. "Monako” (Fransa) - "Borussiya” (Dortmund, Almaniya)
İlk oyun - 3:2
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!