Çuğundur haqqında bunu bilirdiniz?

2017-04-21 10:12:18 / 1211 dəfə oxunub

İdmanla məşğul olmazdan əvvəl çuğundur şirəsi içmək beyni gəncləşdirir və onun işini yaxşılaşdırır.

Alimlər 55 yaşdan yuxarı 26 nəfər arasında aparılan təcrübədən sonra bu qənaətə gəlib.

Məlum olub ki, vitamin və müxtəlif qidalandırıcılardan başqa, çuğundur şirəsinin tərkibində böyük miqdarda nitratlar, azot birləşmələri var. Bunların orqanizmə düşməsi qan damarlarının daralması və genişlənməsini idarə edən molekulların yaranmasını intensivləşdirir.

Alimlər müəyyən edib ki, çuğundur şirəsinin bu xüsusiyyətləri insanlara dağlıq ərazilərdə oksigen çatışmazlığının öhdəsindən gəlməyə kömək edir və hipertoniyadan əziyyət çəkənlərin əhvalını yaxşılaşdırır.

Trend


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws