Əməliyyat etdi - 250 kq çəki itirdi

2017-04-21 10:16:05 / 1078 dəfə oxunub

Dünyanın ən ağır qadını sayılan misirli Eman Abd əl-Ati əməliyyatdan sonra çəkisinin yarısını itirib.

Hindistandakı klinikada bariatrik əməliyyat iki ay əvvəl keçirilib.

Lakin onun nəticələri barədə məlumat yalnız indi açıqlanır.

Bariatrik cərrahiyyə çəkinin tənzimlənməsi və piylənməyə qarşı həyata keçirilir.

Eman Abd əl-Ati əməliyyatdan sonra müalicə kursunu davam etdirir.

Onun nəticələri barədə açıqlamada deyilir ki, çəki itirməkdə davam edən pasient uşaqlıqda keçirdiyi beyin qanamasına görə qismən iflic olub və tutmalardan əziyyət çəkir.

Cərrah Muzzafala Lakdavala əl-Atinin hələ ki, danışmağa çətinlik çəkdiyini deyir.

Qadının qohumlarına əsasən uşaqlıqda insult keçirdikdən sonra yatağda qalan Eman son 25 il ərzində evini tərk etməyib.

trend


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws