Vəfa: "Heç nədən xəbərim yoxdur"

2017-04-21 11:50:02 / 3088 dəfə oxunub
Əməkdar artist Vəfa Zeynalova a24.az-ın "Cavabım var" layihəsində qonaq olub.

Vəfa xanım ondan soruşulan 10 sualın heç birinə cavab verə bilməyib. Hətta 25 ildən artıqdır məşğul olduğu kino və teatr sahəsinə aid diletantın belə dil-dil ötəcəyi mövzularda gülünc vəziyyətə düşüb.

Sabahinfo.az bildirir ki, teleqraf.com-a açıqlamasında aktrisa videodan xəbərsiz olduğunu deyib:

"Heç bir sayta açıqlama verməmişəm. Heç nədən xəbərim yoxdur. Sadəcə, ATV-yə açıqlama vermişəm. Bəlkə o videonu yayıblar. Əgər o videodursa, özləri və Allahları bilsin. a24.az adlı sayt tanımıram. Bəlkə zarafatlaşan zaman çəkilən videodur. Onlar o videonu ATV-dən götürüblər. Orada aradan çıxırdım, nə dedilər "bilmirəm" cavabı verdim".

Qeyd edək ki, Vəfa Zeynalovaya 10 sual verilib və heç birinə cavab verə bilməyib.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!