Bill Qeyts uşaqlarına telefonu qadağan edib

2017-04-22 12:22:57 / 1130 dəfə oxunub

"14 yaşına qədər övladlarıma mobil telefondan istifadəni qadağan etmişəm”.

Bunu "Microsoft” şirkətinin sahibi Bill Qeyts "Mirror”a müsahibəsində deyib.

Dünyanın ən böyük texnoloji yenilikçisi kimi tanınan Qeyts övladlarının yemək yeyərkən və yatmazdan öncə mobil telefondan istifadə etməsinə qarşı olduğunu deyib: "Yemək yeyərkən mobil telefonlarımız yanımızda olma bilməz. 14 yaşlarına qədər isə övladarıma mobil telefondan istifadəni qadağan etmişəm. Onlar isə hər dəfə mənə digər uşaqların daha erkən yaşda telefondan istifadə etdiklərini bildirərək şikayətlənirdilər”.

Texnologiya ilə böyüyən nəslin qarşılaşdığı problemləri yaxından izlədiyini qeyd edən Qeyts vurğulayıb ki, uşaqların texnologiyadan istifadəsinə məhdudiyyət qoyulmalıdır. 61 yaşlı Qeyts bunu necə etməyin yolunu belə izah edib: "Müasir texnologiyalardan daim necə səmərəli istifadə etdiklərinə nəzarət etməlisiniz. Ev tapşırığı və ya yoldaşları ilə xəbərləşmək kimi məsələlərdə isə ifrat istifadəyə yol verməmələrinə çalışılmalıdır”.

azvision.az


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws