Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlanıb

2017-04-22 16:57:31 / 4381 dəfə oxunub

2017-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 757 minə yaxınlaşıb.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistikaya əsasən hesabat dövründə hər altı fərdi sahibkardan beşi "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Nəqliyyat və anbar təsərrüfatı" sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (28,7%), Aran (21%), Gəncə-Qazax (14,7%) və Lənkəran (10,3%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 78,3%-ini kişilər, 21,7%-ini isə qadınlar təşkil edib.

Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,5%-ini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 26,2%-ini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7%-ini təşkil edir.

Sahibkar qadınların 29,9%-i Bakıda, 18,3%-i Gəncə-Qazax, 17,9%-i Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,7%), Gəncə-Qazax (27,1%) və Aran (18,5%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

2017-ci il aprelin 1-i vəziyyətinə statistik vahidlərin dövlət reyestrinə daxil edilib, torpaq payı almış ailələrin sayı 850 mini keçib ki, bu da ölkədə torpaq payı alanların 98%-ini təşkil edir. (APA)

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!