Alimlər doğuş üçün ən ideal yaşı açıqladılar

2017-04-24 12:10:08 / 4714 dəfə oxunub

Qadınların uşaq dünyaya gətirmək üçün uyğun yaşına dair çox mübahisələr gedib. Bir tərəfdən gənc ananın daha sağlam olduğu, yumurtalığının bir qədər yaşlı qadının yumurtalığından fərqli olaraq ətraf mühitdən daha az zərər gördüyü iddia edilir. Digər tərəfdən isə qadınlar hər il daha gec nikah qururlar, belə ki, onlar əsas diqqəti təhsilə, karyeraya, səyahətlərə və qayğısız gəncliyə verirlər.

Sabahinfo.az xəbər verir ki, 20-27 yaş aralığının ana olmaq üçün ən optimal zaman olduğu barədə yayılmış fikrə baxmayaraq, Texas Universitetinin doktoruCon Mirovskiiddia edir ki, ana olmaq üçün ideal yaş 34-dür. Bununla bağlıbir neçə arqumenti təqdim edirik.

34 yaş – sağlam uşağı daşımaq üçün qadın orqanizmi üçün optimal yaşdır. Bundan başqa, gənc yaşda qadınlar daha çox xəstələnir, bu isə hamiləlikdə problem yarada bilər. Bu nəzəriyyəni 30 yaşından sonra qadının daha ciddi münasibətlərdə olduğunu, sabit gəlir əldə etdiklərini və yetərincə həyat təcrübəsinə malik olduqlarını iddia edən psixoloqlar da təsdiqləyiblər.

Amma həkimlər 35 yaşdan sonra qadında xroniki xəstəliklərin ola biləcəyi riskindən qorxurlar, bura reproduktiv sistemin xəstəliyi də daxildir. Ona görə də bu yaşdan sonra qadınlar hamiləliyi həkimlərin ciddi nəzarəti altında keçirməlidirlər.


Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!