Gəncədə kiçik tutumlu təyyarə və helikopterlər yığılacaq

2017-04-25 17:13:54 / 1193 dəfə oxunub
"Gəncədə kiçik tutumlu təyyarələrin və helikopterlərin yığılmasını həyata keçirən yeni müəssisə qurulacaq”.

Sabahinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexin Gəncəyə səfəri zamanı şəhər icra hakimiyyətində gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı müzakirələrin gedişində səsləndirilib.

Avstriya ilə iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyən Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, aparılan danışıqlardan sonra həmin ölkədən kiçik tutumlu təyyarə və helikopterlərin yığımını həyata keçirən müəssisənin yaradılmasına dair razılıq məktubu alınıb.

Razılaşmaya əsasən, müəssisə Avstriya dövlətinin köməyi ilə Gəncə Beynəlxalq Hava Limanının yaxınlığındakı 30 hektar ərazidə qurulacaq. İlkin mərhələdə burada kiçik tutumlu təyyarələr yığılacaq və təmir ediləcək.

İkinci mərhələdə isə helikopterlərin yığılmasına başlanılacaq.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws