"Dəfələrlə İcra hakimiyyətinə və məmurlara müraciət etmişəm"

2016-12-02 09:55:00 / 706 dəfə oxunub

Mandat. O, hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçirildi. Bu seçkilərdə mandat qazanan deputatlar qarşıdakı müddət ərzində görəcəyi işlərdən danışır…

Rubrikamızda seçici-deputat münasibətlərinin hansı səviyyədə olduğunu öyrənməyə çalışacağıq. Beləliklə rubrikamızın bugünkü qonağı 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Dilarə Cəbrayılovadır.

-Dilarə xanım,seçkidə ilk dəfə qələbə qazanaraq mandat əldə etdiniz.Qarşıdakı müddət ərzində hansı işlərin görülməsi sizin üçün prioritetdir?

-Mənim namizədliyim YAP tərəfindən irəli sürülmüşdür və bu partiyanın Milli Məclisdə təmsilçisiyəm.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu ideyalar əsasında fəaliyyət göstərən ,cənab Prezidentimizin sədrlik etdiyi partiyanı təmsil etmək mənim üçün böyük məsuliyyətdir.Qarşıda hələ 4 ilim var.Bu müddət ərzində mənim üçün əsas olan müraciət edən seçicilərimin inamlarını doğrultmaqdır.Mənə ünvanlanan sosial problemlərin həllinə köməklik göstərmək,onların pozulmuş hüquqlarının bərpasının aidiyyatı üzrə dövlət orqanlarının qarşısında qaldırmaq və həllinə nail olmaq fəaliyyətimin əsasını təşkil edir.Mən həmişə təhsil işçisi kimi qızların təhsilə,məktəbə cəlb olunmasına çalışmışam.Qadınların təhsil alması,işlə təmin olunması məişət zorakılığının,sosial problemlərin həllində öndə duran məsələlərdəndir.Hal-hazırda Ailə,qadın və uşaq məsələləri komitəsinin üzvü kimi bu sahədə fəaliyyətimi davam etdirirəm.

-Deputatın əsas missiyası mandatını qazandığı seçicilərin problemlərinin həllidir.Maraqlıdır,Dilarə Cəbrayılovanın seçicilərinin nə kimi problemləri var və bunların həlli üçün hansı addımlar atır?

-Mənim də seçicilərimin problemləri digər seçicilərin problemlərindən fərqlənmir.Müraciətlərin əksəriyyəti sosial yönümlüdür.Ünvanlı sosial yardımın alınması ,su,qaz,telefon xətlərinin çəkilməsi,nəqliyyat, işlə təmin olunma və müalicə ilə bağlı,bu kimi problemlərlə müraciət edirlər.Vətəndaşların problemlərinin əksər hissəsinin müvafiq dövlət orqanları ilə həllinə nail olmuşam.Mənə ünvanlanan müraciətlərin içərisində təhsil haqlarının ödənilməsi iləbağlı müraciətlər də olmuşdur.Təhsil haqqının ödənilməsi ilə bağlı müraciət edən vətəndaşları lazımi insanlara yönləndirməklə onlara dəstək olmuşam.

-Milli Məclisdə Ailə,qadın və uşaq məsələləri komitəsinin üzvüsünüz. Komitənin fəaliyyəti barəsində nə deyə bilərsiniz?

-Azərbaycan höküməti ailələrin sosial rifahının yüksəldilməsini,qadın və uşaqların hüquqlarının qorunmasını daim nəzərində saxlayır. Milli Məclisdə yaradılmış Ailə, qadın və uşaq məsələləri üzrə komitəbu sahədə dövlət siyasətinin həyata keçirilməsi və qərarların,qanunların hazırlanmasındaaparıcı komitədir.Komitəmiz yeni yarandığına baxmayaraq, Aqiyə xanım Naxçıvanlının sədrliyi ilə bir çox işlər görülüb və planlaşdırılıb.Bu il Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin dörd iclası keçirilmiş, beş məsələ, o cümlədən beş qanun layihəsi müzakirə edilmişdir.Qanun layihələrinin hər biri Milli Məclis tərəfindən qəbul olunmuşdur. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılır. Bu il komitəyə 220 vətəndaşın müraciəti daxil olmuş və həmin müraciətlərin 101-i tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilmişdir.Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qarşıda duran vəzifələrin uğurlu həlli üçün geniş imkanlar yaradıb. Komitənin üzvləri də öz növbəsində dövlətin yaratdığı şəraitdən istifadə edərək , öz missiyasını layiqincə yerinə yetirməyə çalışırlar.

-Millət vəkili kimi KİV-lərə açıq deyilsiniz.Bu nə ilə əlaqədardır?

-Son zamanlar Kütləvi İnformasiya Vasitələrində çıxışları ilə millət vəkillərinin azlıq təşkil etməsi fikri ilə tez-tez rastlaşırıq.Bu məsələyə düzgün yanaşma tərzi deyil.Milli Məclisdə öz fəaliyyəti ilə seçilən,vəzifələrinin öhdəsindən layiqincə gələn,qanunların qəbul olunmasında,müzakirəsində fəal olan kifayət qədər millət vəkili vardır.Onlar beynəlxalq və yerli tədbirlərdə,komitə iclaslarında,plenar iclaslarda aktiv fəaliyyət göstərirlər.Bu baxımdan mən də gördüyüm işim və fəaliyyətimin reklam olunub,işıqlandırılmasını çox sevmirəm.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox sürətli inkişaf yolu keçmiş və yerləşdiyi regionun ən güclü dövlətinə çevrilmişdir. Avropanın enerji təhlükəsizliyində bu gün mühüm rol oynayan Azərbaycan bölgədə həyata keçirilən qlobal layihələrin təşəbbüskarı, həm də fəal iştirakçısıdır.Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu xüsusi qeyd olunmalıdır. Parlamentlərarası əməkdaşlığın-dostluq qruplarının yaradılması ikitərəfli münasibətlərininkişafı üçün çox faydalıdır.Azərbaycanın Avrasiyanın bir çox dövlətləri ilə parlamentlərarası əmədaşlığının olması regionda sülhün və sabitliyin möhkəmlənməsində mühüm rol oynayır.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur.Sizdə bu sarıdan nə kimi problemlər var?

-İstər Qanunvericilik hakimiyyəti,istərsə də Məhkəmə və İcra hakimiyyəti hər biri Azərbaycan xalqına,vətəndaşına xidmət göstərir.Mən inana bilmirəm ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən seçilmiş bir məmur xalqın rifahı üçün ona ünvanlanmış olduğu bir məsələyə etinasız yanaşsın.Dəfələrlə İcra hakimiyyətinə və məmurlara müraciət etmişəm.Hər bir problemə ciddi yanaşıb, onun həlli istiqamətində dərhal öz münasibətlərini bildirmişlər.

Adalet.az


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws