5-ci dəfə evlənən polkovnik: "Hamını dəvət etməyə utandım" - YENİLƏNİB

2017-04-26 13:44:27 / 3212 dəfə oxunub

Dünən ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin toyu olub.

Sabahinfo.az modern.az-a istinadənxəbər verir ki, Əzizağa Qənizadənin toy mərasimində tanınmış insanlar, hərbçilər iştirak ediblər. Hazırda ehtiyatda olan polkovnikin 60 yaşı var.

Qeyd edək ki, bu, Əzizağa Qənizadənin 5-ci evliliyidir. O, özündən xeyli cavan xanımla ailə qurub.

Modern.azsaytı ehtiyatda olan polkovniklə əlaqə saxlayaraq xoş gün münasibətilə təbrik edib. Əzizağa Qənizadə onu təbrik edən hər kəsə minnətdarlığını bildirib.

"Hər kəsə öz təşəkkürümü bildirirəm. Düzü, hamını dəvət etməyə utandım. Allah hamıya kömək olsun. Əvvəllər evli olmuşam. Lakin neçə illər idi ki, subay idim. İllərdən sonra xoşbəxtliyimi bərpa etdim".

Xatırladaq ki, Əzizağa Qənizadə uzun döyüş yolu keçib. O, Əfqanıstanda və Qarabağ döyüşlərində iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub.

----------

12:11

Polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəriƏzizağa Qənizadə4-cü dəfə ailə həyatı qurub.

Sabahinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Qənizadə muzeydəki iş yoldaşıGülşən Hüseynovailə evlənib. Ə.Qənizadə 1957-ci il təvəllüdlü (60 yaş), həyat yoldaşı isə 1985-ci il təvəllüdlüdür (32 yaş).

Polkovnik Ə.Qənizadə Əfqanıstanda və Qarabağda döyüşlərində iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub. O, Bakı Ümumqoşun Komandirləri Məktəbində Müdafiə naziriZakir Həsənovla bir yerdə təhsil alıb.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws