Azərbaycanda 82 yaşlı kişi və 69 yaşlı qadın nikaha girib

2017-04-29 17:54:33 / 1870 dəfə oxunub

2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bağlanan nikaha daxil olan vətəndaşların yaş aralığı və nikahın davametmə müddəti açıqlanıb.

Bu haqda Modern.az-ınsorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova məlumat verib.

L.Kərimovanın verdiyi məlumata görə, ötən il qeydə alınan 66771 nikaha daxil olan kişilər arasında 25-29 yaş qruplarında 29 260 nəfər, qadınlar arasında 20-24 yaş qruplarında 29435 nəfər münasibətlərini rəsmiləşdirib.

"Nikaha daxil olanən yaşlı kişinin 82,ən yaşlı qadının 69 yaşıvar. Hər iki cins üzrəən gənc nikahadaxilolma 17 yaşqeydə alınıb”.

Komitə rəsmisi həmçinin bildirib ki, 13114 boşanma halında daha çox 30-34 kişilər və 25-29 yaşlı qadınlar münasibətlərinə son qoyub:

"Göstərilən yaş qrupundan olan 3198 kişi və 3453 qadın boşanıb.Bir ilə qədər davam edən nikahların pozulması hallarında kişilər arasında daha çox 25-29 yaş qruplarında 133 nəfər, qadınlar arasında 20-24 yaş qruplarında 117 nəfər boşanıb”.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws