Rusiyanın təyyarəsi hava burulğanına düşdü - Sərnişinlər "sınıq-sınıq oldu"

2017-05-01 11:50:14 / 3489 dəfə oxunub

"Aeroflot"un Rusiyadan Taylanda uçan təyyarəsi Banqkok aeroportunda qəza enişi edib.

Trend-in məlumatına görə, bundan öncə isə təyyarənin hava burulğanına düşməsi səbəbindən 20-yə yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rusiyanın həmin ölkədəki diplomatik nümayəndəliyi məlumatı təsdiqləməklə yanaşı, xəsarət alanlar arasında xarici vətəndaşların da olduğunu bildirib.

Məlumata görə, yaralananlar əsasən müxtəlif dərəcəli sınıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zərəçəkənlərin əksəriyyətinin təhlükəsizlik kəmərlərini bağlamadığı bildirilib.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!