Türkiyə konsulluğuna hücum edilib - VİDEO

2017-05-02 10:41:47 / 1003 dəfə oxunub

Türkiyənin İsveçrədəki Baş Konsulluğuna maskalı şəxslər hücum edib.

Hücum nəticəsində mərkəz qərargahı Zürix şəhərində yerləşən konsulluq binasına ziyan dəyib.

Maskalı şəxslər konsulluq binasının qarşısında yerləşən avtobus dayanacağına və yaxınlıqdakı evə "Kill Erdogan” (Ərdoğanı öldürün) şüarını yazıblar.

Baş konsul Asiye Nurcan bildirib ki, boyalı hücum axsam saatlarında baş verib: "Binaya 60-a yaxın maskalı şəxs hücum edib. Hadisədən sonra polis konsulluğa gəldi. Hazırda lazımı tədbirləri görməkdəyik. Bina boyalardan təmizlənir”.

Qeyd edək ki, hücum edənlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alması və binaya atılan boyaların PKK terror təşkilatının "rənglərini” əks etdirməsi hücumun PKK tərəfdarları tərəfindən edilməsi şübhələrini artırıb.
azvision.az




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws