Azərbaycanda şərab reklamı məhdudlaşdırıla bilər

2017-05-02 14:13:42 / 3528 dəfə oxunub

Azərbaycanda şərabçılıq məhsullarının reklamını məhdudlaşdırmaq təklif olunur.

Trend-in məlumatına görə, müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunub.

"Üzümçülük və şərabçılıq haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının mətbuat orqanlarında və televiziyalarda, internet informasiya ehtiyatlarının ön səhifələrində reklamının qadağan edilməsi təklif olunur.

Bundan başqa, həmin içkilərin nəqliyyat vasitələrinin üzərində reklamı qadağan oluna bilər.

Tündlüyü 5 faizdən çox olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer alınmalıdır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!