3 ayda Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb

2017-05-02 14:19:05 / 3153 dəfə oxunub

"Azərbayacana son 3 ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25% artıb”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ""Turizm haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, strateji yol xərityəsinə uyğun olaraq marketinq bazarında 15 ölkə müəyyən olunub və gəliş potensialı böyük olan ölkələr müəyyənləşdirilib:

"Bu indi öz nəticəsini verir. Belə ki, əgər ölkəyə turist gəlişi 25% artıbsa, məhz 15 ölkədən Azərbaycana gələn turistlərin sayında artım daha çox olub, 30%-i keçib. Dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya telekanallarında Azərbaycanın turizm imkanları təbliğ olunur. Bu da Azərbaycana diqqəti artırır”.

Ə.Qarayev qeyd edib ki, elektron turizm xidmətlərin istifadəsinə böyük önəm verilməldir.
"Qanunda yeni turizm zonaların yaradılması və idarəedilməsi, xidmətdə yeni beynəlxalq standartların tətbiqi, tədris sisteminin formalaşdırılmasına dair yeniliklər mövcuddur. Turizm Dövlət Reyestrinə daxil olacaq iştirakçılar daha məsuliyyətli olacaq. Reyestrin yaradılması dələduzluqların qarşısı alacaq, nəzarət funksiyasını tam şəffaf həyata keçirməyə imkan verəcək”.

azvision.az
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!