Bu gün Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək

2017-05-03 12:00:17 / 2793 dəfə oxunub

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Sabahinfo.az-ın məlumatına görə, Fransa təmsilçisi "Monako” ilə İtaliyanın "Yuventus” klubunun ilk dueli Fransada baş tutacaq.

Bu kollektivlər daha öncə iki dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Turin komandası 1997/98 mövsümündə yarımfinalda, 2014/15 mövsümündə isə 1/4 finalda knyazlıq klubunu mübarizədən kənarlaşdırıb.

"Yuventus” indiyə qədər ÇL-də 11, "Monako” isə 3 dəfə yarımfinal matçları oynayıb. İtaliyanlar 8 dəfə finala vəsiqə qazandıqları halda, fransızlar yalnız 1 dəfə buna müvəffəq olublar.

22:45. "Monako” (Fransa) – "Yuventus” (İtaliya)

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

Monako. II Lui stadionu


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!