Bu avtomobillərin istismarına icazə verilməyəcək

2017-05-03 11:16:51 / 1332 dəfə oxunub

Azərbaycanda elə nasaz avtomobillər var ki, texniki baxışa gəlməkdən yayınırlar.

Sabahinfo.az-ın məlumatına görə, bunu Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnikiKamran Əliyevdeyib.

K.Əliyev bildirib ki, həmin avtomobillər istismara yararsızdır:

"O avtomobillər daha çox ətraf kəndlərdə, ucqar yerlərdə yaşayanlara məxsusdur. Deyirlər ki, "yola çıxmıram, kəndin içində sürürəm, texniki baxışdan keçməsəm də olar”. Belə avtomobillərdən kifayət qədər var. O avtomobillərin sahibləri bilirlər ki, texniki baxışa gəlsələr, həmin avtomobillərin texniki baxışdan keçməsi mümkün olmayacaq, ümumiyyətlə, istismarına icazə verilməyəcək. Ona görə də o avtomobillərin sahibləri həmin nəqliyyat vasitələrini texniki baxışdan yayındırırlar”.

K.Əliyev qeyd edib ki, elə avtomobillər istismardan çıxarılmalıdır:

"Onların eləsi var ki, görkəmindən saz avtomobilə oxşayır, mexaniki hissələrində də ciddi problem yoxdur. Amma həmin avtomobillərin metal hissəsi daxildən o qədər korroziyaya uğrayıb ki, heç bir zərbəyə davamlı deyil. Adi bir toqquşma ilə baş verən qəzada da görürsən ki, o avtomobildə qəzanın ağırlıq dərəcəsi daha yüksək olur. Yəni, təzə avtomobildəheç xəsarətlə də nəticələnməyən bir qəzadırsa, elə avtomobillərdə eyni formada qəza insan ölümünə gətirib çıxarır. Elə avtomobillərin istismardan çıxarılması daha məqsədəuyğundur. Bu isə həmin nəqliyyat vasitələrinin sahiblərinə güzəştli yeni avtomobillərin satılması və digər formalarda həyata keçirilə bilər”.




Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws