Yekun nəticələr açıqlandı: Yeni prezident Makrondur

2017-05-08 11:05:44 / 1399 dəfə oxunub

Fransada keçirilən seçkilərin yekun nəticələri açıqlanıb.

Fransanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, artıq bülletenlərin 100 faizi hesablanıb.

Emmanuel Makron 66,06% , Marin Le Pen isə 33,94 səs toplayıb. Makrona 20,7 milyon seçici səs verib. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.

***

Fransada prezident seçkilərinin ikinci turunda "İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib.

Makron səslərin 65,1 faizini qazanıb.

Marin Le Pen isə seçicilərin 34,9 faizinin səsini qazanıb.

***

Bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron liderlik edir.

Məlumata əsasən, səslərin 62-65 faizini toplayan "En Marche” (Yürüş) Hərakatının lideri "Milli Cəbhə"nin lideri Marin Le Peni üstələyir.

Seçkilərin nəticələri ilə bağlı rəsmi məlumat yerli vaxtla saat 20:00-dən sonra açıqlanmağa başlayacaq.

Qeyd edək ki, 39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq.

London şəhərinin meri Sadiq Xan Emmanuel Makronun Fransa prezidenti postu uğrunda mübarizədə qələbə qazanacağına ümid edir.

Saqiq Xan deyib: "Mən səbirsizliklə Makronun Le Penin məhdud populizminə qalib gələcəyini gözləyirəm".

Xanın sözlərinə görə, daha aydın seçim təsəvvür etmək mümkün deyil, çünki Makron özündə müxtəliflik və plüralizmin bütün vacibliyini dərk edən, mütərəqqi avropalını təcəssüm etdirir.

***

Fransada prezident seçkilərinin ikinci turunun saat 17.00-a olan nəticələrinə əsasən, seçicilərin 65,30 faizi səs verib.

Qeyd edək ki, birinci turun həmin saata olan nəticələri 69,42 faiz təşkil edib.

***
(10:37)

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir.

İkinci turda "En Marche” Hərakatının lideri Emmanuel Makron və "Milli Cəbhə” partiyasının lideri Marin Le Pen mübarizə aparır.

Makronun prezident seçilmə şansı rəqibinə nisbətən daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçirilib. Sabiq iqtisadiyyat naziri, "En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%, "Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb. Respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.
azvision.az


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws