İnsanlarda qəribə asılılıqlar – MARAQLI

2017-05-09 11:49:13 / 1899 dəfə oxunub

Vərdiş insanın beynindən ata bilmədiyi düşüncə və xəyallardır. Hansı ki, bu düşüncələri həyata keçirmək üçün can atırıq. Lakin bəzi vərdişlər var ki, artıq bu asılılıq yaradır.

Modern.azbu qəribə asılılıqlarla bağlı məqamları tədim edir.

Doromani (Hədiyə vermək asılılığı)

Hər birimiz hədiyə bağışlamağı və bunun sevdiyimiz insanları necə xoşbəxt etdiyini görməyi sevirik. Lakin elə insanlar da var ki, bu onlarda asılılığa çevrilib. Belə insanlar bütün günlərini hədiyə axtararaq keçirirlər.

Ablutomani (Tez-tez əlləri yumaq)

Bu vərdişə tutulanlar hər hansısa bir əşyaya toxunduqdan dərhal sonra əllərini yuyurlar Bəzən bunu həmin insanın keçirdiyi psixoloji problemlərlə əlaqələndirirlər.

Enosimania (Günahkar olduğuna inanmaq)

İnsanda günah işlədiyini düşündürən bu asılılıq zamanla tərləmə, ürəkdə ritm pozğunluğu kimi bir çox xəstəliklərə səbəb ola bilir.

Demonomania (Pis ruhların bədəni istila etməsi düşüncəsi)

Bu aslılığa tutulanlar daima bədənlərinin pis ruh tərəfindən ələ keçirilidiyi fikrinə qapılırlar. Qorxu filmi izləməyi sevənlərdə isə bu halın baş vermə ehtimalı daha çoxdur.

Gamomani (Evlilik asılılığı)

Bu şəxslər eyni anda bir neçə insana evlilik təklifi edə bilərlər. Psixoloji bir narahatlıq olaraq görülən bu asılılıq zamanı insanda həddindən artıq evlənmək istəyi oyanır.

Cartacoethes (Xəritə aslılığı)

Bəzi insanlarda isə hər yerdə xəritə görmə marağı var. Bu kəslər davamlı olaraq xəritə gördüyünü düşünürlər. Hətta yedikləri yeməklərin şəklini belə xəritəyə bənzədərlər.

Onomatomani (Müəyyən sözləri təkrar etmə)

Bu asılılıq adamın müəyyən sözlərə xüsusi maraq duyması və davamlı təkrar etmək istəyidir.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws