Bu gecə “Eurovision-2017” başlayır - Azərbaycan da çıxış edəcək

2017-05-09 15:25:21 / 3930 dəfə oxunub

Bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, birinci yarımfinalda Azərbaycan, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və digər ölkələri təmsil edən iştirakçılar səhnəyə çıxacaqlar.

Mahnı yarışmasının ikinci yarımfinalı mayın 11-nə planlaşdırılır. Final isə mayın 13-də olacaq. Müsabiqədə ümumilikdə 42 ölkədən musiqiçilər iştirak edirlər.

Xatırladaq ki, müsabiqənin rəsmi açılış mərasimi mayın 7-də olub.

Budəfəki mahnı müsabiqəsi siyasi qalmaqalla yadda qalıb. Ukrayna tərəfi Krımdakı çıxışına görə Rusiya müğənnisi Yuliya Samoylovanı ölkəyə buraxmayıb. Bu səbəbdən Rusiyanın 1-ci telekanalı "Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.

"Eurovision-2017"də Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.
Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbi, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva "Eurovision 2011”-in seçim turlarında iştirak edib.

Təmsilçimiz Diana Hacıyeva "Skeletons" mahnısını ifa edəcək. Mahnının bəstəkarı və prodüserləri İsa Məlikovla Sandra Bermandır.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!