Deputat parlamentdə uşaq əmizdirdi - FOTO

2017-05-10 10:54:35 / 2306 dəfə oxunub

Avstraliyalı senator Larisa Uoters parlamentin iclasında gözlənilməz addım atıb.

AzVision.az BBC-yə istinadən xəbər verir ki, "Yaşıllar Partiyası”nın üzvü səsvermə zamanı ikiaylıq qızı Aliya Conu əmizdirərkən diqqət çəkib.

Avstraliya parlamenti qadın senatorlara azyaşlı övladlarını iclasa gətirmək, onları qidalandırmaq kimi əlavə üstünlüklər verib. Amma bu vaxta qədər heç bir qadın siyasətçi bu hüququndan istifadə etməmişdi.

Qeyd edək ki, oxşar hadisə Argentina parlamentində də baş vermişdi. 37 yaşlı deputat Viktoriya Donda Perez iclasa 8 aylıq qızı ilə birlikdə qatılıb, ona süd verərkən obyektivlərə tuş gəlmişdi.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws