İşğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyət yolverilməzdir

2017-05-10 16:46:48 / 3340 dəfə oxunub
İqtisadiyyat Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən "Grand Thronton” beynəlxalq şirkətinin törəmə şirkəti olan "Grand Thronton Ermənistan”ın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın Hayastan Fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma aparılıb. Belə ki, apaşdırmalar zamanı "Grand Thronton Ermənistan” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Hayastan Fondunun həyata keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib. Bununla əlaqədar, "Grand Thronton İnternational Ltd" şirkətinin Azərbaycan üzrə nümayəndəsi İqtisadiyyat Nazirliyinə dəvət edilərək "Grand Thronton Ermənistan" və "Grand Thronton Fransa" şirkətlərinin Ermənistanın Hayastan Fondu ilə əlaqələri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətin qadağan olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olması, Hayastan Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə məlumatlar təqdim edilib və məsələnin araşdırılaraq İqtisadiyyat Nazirliyinə məlumat verilməsi diqqətə çatdırılıb. Şirkətin mərkəzi ofisindən "Grand Thronton Ermənistan"a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib.
Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!